Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp SOCAR-ın Qala qəsəbəsində yerləşən “Eko park”ında olub.
O, bu barədə öz “Twitter” hesabında foto paylaşıb.
“Bu gün SOCAR-ın “Eko park”ındakı külək turbinləri ilə tanış oldum. Böyük Britaniya dənizdə küləkdən ən çox elektrik enerjisi əldə edən ölkədir. Bütün ölkələr təmiz enerjiyə keçidi sürətləndirməlidir. Yel çərşənbəniz mübarək!”, - deyə o əlavə edib.
Bu gün @SOCARofficial Ekoloji Parkındakı külək turbinləri ilə tanış oldum. 🇬🇧 dənizdə küləkdən ən çox elektrik enerjisi əldə edən ölkədir. Bütün ölkələr təmiz enerjiyə keçidi sürətləndirməlidir. Yel Çərşənbəniz mübarək! 💨 #energytransition pic.twitter.com/LgHACJKNCn
— James Sharp (@JamesSharpFCDO) March 9, 2021