Bakıda faciəvi ölüm hadisəsi baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yanvarın 14-də Suraxanı rayonundakı “Şəfa-broyler” şirkətinin ərazisində, şirkətin işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb.
T.Tağıyev hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.