Dünən Tovuzun Qaralar kəndinin 1974-cü il təvəllüdlü sakini Hidayət Müseyibov minaya düşüb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Tovuz rayon Polis İdarəsinin rəisi Vaqif İslamov bildirib.
Əldə olunmuş məlumata görə, xoşbəxtlikdən kişi sağ qalıb, yalnız sağ ayağında bir neçə barmağını itirib. İndi o, rayonun mərkəzi xəstəxanasındadır.
Vaqif İslamov bəzi KİV-in Müseyibovun kənd Mədəniyyət evinin direktoru olması barədə məlumatlarını təkzib edib.
“Burada, dağ kəndində mədəniyyət evi yoxdur. Kənd cəbhə xəttindədir, burada cəmi 20 ailə yaşayır. Müseyibov inəklərini erməninlərin minaladığı ərazidə otarırmış. Axşam evə qayıdanda isə minaya düşüb. Zərərçəkənin özünün dediyinə görə, o, keçdiyi hissədə minanın olmadığını düşünürmüş”, - deyə, idarə rəisi bildirib.
Polisin sözlərinə görə, yerli sakinlər kənd ərazisinin bir hissəsinin ermənilər tərəfindən minalandığını yaxşı bilirlər. Lakin iş ondadır ki, ən yaxşı otlaqlar həmin tərəfdədir. Buna görə də, kənd sakinləri risk edərək, heyvanları minalanmış sahədən keçirirlər.
“Kəndlilər hətta ermənilərin işğal etdiyi ərazilərə də keçirlər”, - deyə, rəis bildirib.