Tovuz rayonunun minaya düşən Qaralar kənd sakini kənd Mədəniyyət Evinin müdiridir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Hidayət Müseyibov hazırda Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Partlayış nəticəsində o, ayaq barmaqlarından xəsarət alıb.
Hadisə dünən axşam saatlarında kənd sakini balta üçün sap qırmağa gedərkən çay sahilində baş verib. Hələlik onun barmağının amputasiya edilib-edilməyəcəyi dəqiq bəlli deyil.