20 Yanvar - Ümummilli matəm günü Bakının bəzi yollarında avtomobillərin hərəkəti qadağan ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək “Mikayıl Müşfiq” küçəsi və “Hüseyn Cavid” prospektinin kəsişməsindən, “Mikayıl Müşfiq” dairəsi ilə “Mətbuat” prospektinin kəsişməsindən, “Mehdi Hüseyn” küçəsi, Teleteatr binasının qarşısından, “İzzət Nəbiyev”, “Abbasqulu Abbaszadə” küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən “Parlament” prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb.