Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, NTV telekanalının verdiyi məlumata görə, hadisə meyvə bazasında baş verib.
Azərbaycan vətəndaşı çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Rusiya hüquq-mühafizə orqanları hadisənin məişət zəminində baş verdiyini bildirirlər.
Cinayət yerində əməliyyat qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır.