Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Avro-4 standartına keçir
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib.
Oxu.Az-ın verdiyi xəbərə görə, hökumətin qərarı bu gün rəsmi mətbuatda dərc olunub.
Qərara əsəsan, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.