Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Oxu.Az xatırladır ki, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub.
Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

"8 Mart - Beynəlxalq Qadınlar Günü" teqi üzrə xəbərlər
- QMİ həcc ziyarətinə getmək istəyən vətəndaşlara müraciət edib
- DTX Neft Emalı Zavodunda baş vermiş yanğınla bağlı vəzifəli şəxsi saxladı
- "Azercell" məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib
- 8 martda ən bahalı və ucuz gül buketlərinin satıldığı ölkələr
- 8 Mart xüsusi gün, yoxsa qadın məhsullarının satış günü?