Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"
"Çox ehtimal ki, Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır".
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Düşünürəm ki, Rusiya ilə yaxşı irəliləyirik. Açığını desəm, mənə elə gəlir ki, Ukrayna ilə razılaşma əldə etmək daha çətindir. Onların kartları yoxdur", - Tramp bildirib.
Onun sözlərinə görə, Moskvanın "kozırları" var, ona görə də, onlarla iş görmək daha asandır.
Amerika liderinin sözlərinə görə, Prezident Vladimir Putin döyüşləri dayandırmaq istəyir.
ABŞ-nin Ukraynaya hərbi yardımı (indi dayandırılıb) ilə bağlı suala cavab olaraq o bildirib ki, dəstək yenidən mümkün ola bilər.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- Trampın qolf sevgisi ABŞ-yə milyonlarla dollara başa gəlib
- Xamenei: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
- D.Tramp siyasəti Azərbaycan iqtisadiyyatı üçün hansı təhdidlər formalaşdırır?
- ABŞ-dəki ukraynalıların taleyi sual altında: Miqrasiya siyasəti onlara da şamil olunacaq?