Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində Kiyevə Avropa İttifaqının (Aİ) vahid bazarına üzvlüyü təklif etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Telegraph" qəzeti Aİ rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Brüssel Ukrayna üçün iqtisadiyyatın konkret hansı sektorlarını açacağını müəyyənləşdirməli olacaq. Həmçinin qeyd olunub ki, Aİ-nin vahid bazarına qismən daxil olmaq hərbi əməliyyatların başa çatmasından sonra Ukrayna iqtisadiyyatına təkan verəcək.
Planın əsas məqamı Ukraynanın müdafiə sənayesi üçün rüsumsuz çıxışın təmin edilməsidir. Bundan əlavə, xidmət sektorunun, ilk növbədə İT sektorunun açılması müzakirə edilir.
"Avropa Komissiyası" teqi üzrə xəbərlər
- Avropa ölkələrinin vətəndaşlarının əmanətləri müdafiə sahəsinə yönəldiləcək
- Corceskuya qarşı irəli sürülən ittihamın arxasında Avropa İttifaqı dayanır?
- Avropa Komissiyası avtomobil istehsalçılarına iki il möhlət verdi
- Ursula fon der Lyayen Avropanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan təklif etdi
- Ursula Fon der Lyayen: "Biz Ukraynanı gücləndirəcəyik"