Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq.
Oxu.Az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək tədbirdə milli assosiasiyaya yeni prezident seçiləcək.
Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov və İcraiyyə Komitəsinin keçmiş üzvləri iştirak edəcəklər.
AFFA prezidentliyinə yeganə namizəd “Neftçi”nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir. İcraiyyə Komitəsinə namizədlər isə aşağıdakılardır:
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer:
1. Səməd Qurbanov - “Neftçi” PFK tərəfindən;
2. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən;
3. Xəyal Cəfərov - “Sumqayıt” FK tərəfindən;
4. Qurban Qurbanov - “Qarabağ” FK tərəfindən;
5. Maqsud Adıgözəlov - “Sabah” FK tərəfindən.
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer:
1. Elşad Nəsirov - Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən;
2. Balakişi Qasımov - Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən;
3. Sərxan Hacıyev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən.
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer:
1. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən;
2. Zaur Axundov - Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən.
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer:
1. Ülvi Mansurov - Azərbaycan Futzal Federasiyası tərəfindən;
2. Leyla Xəlilova - Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən.
Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.
Rəylər