Latviya prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Məlumata görə, Latviya Prezidenti Andris Berzinşin aprelin 23-ü axşam saatlarında Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
Qeyd edək ki, dünəndən başlayan və indi də davam edən güclü yağış nəticəsində paytaxtın bəzi yollarında tıxaclar müşahidə olunmaqdadır.
Hidrometeoroloji proqnozlara görə, qeyri-sabit və yağıntılı hava şəraiti aprelin 25-nə, yəni sabaha kimi davam edəcək. Ayın 25-dən isə havanın temperaturu tədricən yüksəlməyə başlayacaq.
www.apa.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin