Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanları keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 1 636 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da və 16:00-da başlamaqla iki növbədə keçirilir və 2 saat 30 dəqiqə davam edir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 26, BB qrupu üzrə isə 96 nəfər olmaqla, ümumilikdə 128 namizəd qeydiyyatdan keçib.
İmtahanların keçirilməsi üçün 10 imtahan rəhbəri, 114 nəzarətçi və 8 buraxılış rejimi əməkdaşı ayrılıb.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bayram tətilinə görə imtahan nəticələri gec açıqlanacaq? - DİM cavab verdi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edildi
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?