Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mixael Şumaxer ilk dəfə baba oldu
Əfsanəvi "Formula-1" pilotu, yeddiqat dünya çempionu Mixael Şumaxerin qızı Cina Şumaxer uşaq dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Championat" məlumat verib.
Beləliklə, 55 yaşlı Mixael və həyat yoldaşı Korina baba və nənə olublar. Martın 29-da Cina Şumaxerin qızı dünyaya gəlib.
"Dünyaya xoş gəlmisən, Milli. Sən həyatımızda olduğuna görə çox xoşbəxtik", - Cina sosial şəbəkədə yeni doğulan qızının əlinin fotosunu yerləşdirərək yazıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayının sonunda Cina Şumaxer 2017-ci ildən münasibətdə olduğu idmançı Yan Betke ilə ailə həyatı qurub.
Mixael və Korinna Şumaxerin iki övladı var - qızı Cina-Mariya və oğlu Mik.
Xatırladaq ki, ötən həftə Mixael Şumaxerin artıq öz yaxınları ilə ünsiyyət qura bilmədiyi məlumat verilmişdi.
"Mixael Şumaxer" teqi üzrə xəbərlər
- Mixael Şumaxerin bolidi satışa çıxarılacaq
- Mixael Şumaxer artıq ünsiyyət qura bilmir: Əfsanəvi pilotun vəziyyəti haqqında yeni TƏFƏRRÜAT
- Şumaxer ailəsi şantaj işi üzrə məhkəmə qərarından NARAZIDIR - Şikayət edildi
- "Red Bull" pilotu "Formula-1"in mütləq rekordunu qırdı
- Şumaxerin ailəsini şantaj edənlərə HÖKM OXUNDU