Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mixael Şumaxer artıq ünsiyyət qura bilmir: Əfsanəvi pilotun vəziyyəti haqqında yeni TƏFƏRRÜAT
"Formula-1"in yeddiqat çempionu Mixael Şumaxer artıq verbal ünsiyyət qura bilmir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Almaniyanın RTL televiziya kanalının reportyoru Feliks Qorner bildirib.
O, əfsanəvi pilotun vəziyyətinin çox üzücü olduğunu vurğulayıb.
"Şumaxerə daimi qayğı lazımdır və tamamilə öz qəyyumlarından asılıdır. O, artıq öz fikirlərini verbal ifadə edə bilmir", - deyə Qorner bildirib.
56 yaşlı Şumaxerin sağlamlığına xüsusi tibbi briqada və onun həyat yoldaşı Korinna nəzarət edir. Ailəsi onun həyatını ciddi şəkildə qoruyur. Məlumatlara görə, hazırda Şumaxerlə yalnız yaxın qohumları və tibbi personal əlaqə saxlaya bilir.
"Hazırda Mixaellə 20 nəfərdən çox olmayan insan ünsiyyət qura bilər. Mənim fikrimcə, bu düzgün strategiyadır. Çünki ailə Mixaelin maraqları naminə hərəkət edir. Onlar həmişə onun həyatını ciddi şəkildə qoruyublar və bu dəyişməyib", - deyə Qorner qeyd edib.
Xatırladaq ki, 2013-cü il dekabrın 29-da Meribeldə xizək sürərkən pilot yıxılıb və başı daşa çırpılıb. Başında dəbilqə olmasına baxmayaraq, xəsarət kritik olub - o, ciddi kəllə-beyin travması alıb. Şumaxer təcili olaraq Qrenobl xəstəxanasına çatdırılıb, burada bir neçə əməliyyat keçirib və süni komaya salınıb. 2014-cü ilin iyununda ailəsi Mixaelin komadan çıxdığını və reabilitasiya mərkəzinə, daha sonra isə İsveçrədəki evinin xüsusi təchiz edilmiş qanadına köçürüldüyünü bildirib.
Şumaxer hazırda 56 yaşındadır. 2021-ci ildə çıxan sənədli filmdə pilotun həyat yoldaşı və oğlu onun müstəqil hərəkət etmək və ətrafındakılarla ünsiyyət qurmaq qabiliyyətinin olmadığını təsdiqləyiblər.
"Mixael Şumaxer" teqi üzrə xəbərlər
- Şumaxer ailəsi şantaj işi üzrə məhkəmə qərarından NARAZIDIR - Şikayət edildi
- "Red Bull" pilotu "Formula-1"in mütləq rekordunu qırdı
- Şumaxerin ailəsini şantaj edənlərə HÖKM OXUNDU
- Əfsanəvi "F-1" pilotunun dəbilqəsi hərraca çıxarıldı
- Mühafizəçisi Şumaxerin ailəsini görüntülərlə şantaj edib - Məhkəmə başladı