Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri
Qondarma Avropa müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində casusluq fəaliyyətini əks etdirən yeni görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Caliber.az-ın redaksiyasına videokadrlar daxil olub.
Martın 26-da lentə alınan görüntülərdə "müşahidəçilər"in casusluq fəaliyyəti Zəngilan və Laçın istiqamətlərində qeydə alınıb.
Kadrlarda üzərində Avropa İttifaqının bayraqları olan iki yolsuzluq avtomobili ilə hərəkət edən dörd avropalı casusun şərti sərhədə çatdığı və durbinlə Azərbaycan ərazilərinə baxış keçirdiyi aydın şəkildə görünür.
Qeyd edək ki, Avropa İttifaqı nümayəndələrinin təxribat xarakterli fəaliyyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunmuş bölmələrinin vizual və texniki vasitələri ilə qeydə alınıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub
- Paşinyan: "Ermənistan və Azərbaycan arasındakı müharibəni unudun"
- Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişindaşıma xidməti təxirə salındı?
- Yaxın Şərqin yeni aktoru: Ölkəmizin xarici siyasətinin keyfiyyətcə yeni mərhələsi
- Azərbaycanın ədalətli mövqeyni qəbul etməyən AŞPA və onun nadan rəhbəri