Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məşhur rusiyalı aktyor Aleksey Vesyolkin vəfat etdi
Məşhur rusiyalı aktyor və radioaparıcı Aleksey Vesyolkin vəfat edib.
Bu barədə Oxu.Az "Mash" Telegram kanalına istinadən xəbər verir.
Məlumata görə, "Mayak" verilişinin 63 yaşlı keçmiş aparıcısı bir ildən artıq idi ki, qan xərçəngindən əziyyət çəkirdi.
Bildirilir ki, Vesyolkin Moskvada öz mənzilində xəstəliyin ağırlaşması nəticəsində dünyasını dəyişib.
Aleksey Vesyolkin Rusiyanın Əməkdar artistidir və müxtəlif illərdə "16 yaşa qədər və yuxarı", "Uşaq saatı", "Dağların kralı" və bir çox digər məşhur televiziya şoularına aparıcılıq edib. O, həmçinin radioda da çalışıb və filmlərdə rol alıb ("Gözəl doğulma" serialında oynayıb - red.).
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiyada 20-ci mərtəbədən yıxılan qız sağ qaldı
- ABŞ Uitkoff və Rusiya nümayəndələri arasında növbəti görüşü təşkil etmək istəyir
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub
- Zelenski çox sayda rusiyalı sənətçini "qara siyahı"ya daxil etdi
- Rusiya Donetskdə daha bir yaşayış məntəqəsini nəzarət altına aldı