"Broad Arrows" hərrac evi yanvar ayının sonunda kolleksiyaçılar və yarış pərəstişkarları üçün tarixi əhəmiyyətə malik "Formula-1" avtomobilini açıq hərraca çıxaracaq.
Oxu.Az hərrac evinin saytına istinadən xəbər verir ki, bu, 1992-ci il mövsümündə "Benetton B192" komandasının istifadə etdiyi boliddir - "Ford" mühərriki quraşdırılmış bu maşının sükanı arxasında əfsanəvi Mixael Şumaxer "Formula-1" karyerasında ilk qələbəsini Belçikanın Spa avtodromunda qazanmışdı..
Bərpa edilmiş və istifadəyə yararlı avtomobilin 8.5 milyon avro və ya daha yüksək qiymətə satılacağı gözlənilir.