Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib
"Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib. İclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb".
Bu barədə Oxu.Az-a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O qeyd edib ki, komissiyanın ilk iclası çox məhsuldar keçib və 100-dən artıq müraciətə baxılıb:
"Bunlar əsasən, ağır cinayətlərdə və ölüm işlərində məhkum olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə edilərək münasibət bildirildi. Samir Nuriyev indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamlarının Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu bildirdi".

Məhərrəm Əliyev
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.
"Əfv Məsələləri Komissiyası" teqi üzrə xəbərlər
- Əfv sərəncamı NƏ VAXT imzalanacaq?
- Bu gün Əfv Komissiyasının növbəti iclası keçirilib
- Bu gün Əfv Komissiyasının üçüncü iclası keçirilib: "100-dən artıq müraciətə baxılıb"
- Əfv Məsələləri Komissiyasının ikinci iclası keçirilib - Ən çox kimlər müraciət ediblər?
- Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU