Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti, 6-cı iclası keçirilib.
Oxu.Az-a açıqlama verən komissiyanın üzvü Zahid Oruc bildirib ki, iclasda təxminən 123 müraciətə baxılıb.
"Ömürlük azadlıqdan məhrum edilən şəxslərlə bağlı məsələ də müzakirəyə çıxarılıb və hər hansı müsbət rəy verilməyib.
Komissiyanın növbəti iclası yəqin ki, may ayında olacaq. Bu barədə əlavə məlumat veriləcək", - deyə Z.Oruc bildirib.
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti, 6-cı iclası keçiriləcək.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.
"İclas saat 15:00-da başlayacaq", - deyə R. Məcid bildirib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə ümumilikdə beş iclası olub və 600-dən çox müraciətə baxılıb.
Əzizə İsmayılova