İordaniya hökuməti ölkədə "Müsəlman Qardaşları" hərəkatının fəaliyyətinin qadağan edilməsi, əmlakının müsadirə edilməsi və krallıq ərazisindəki bütün ofislərinin bağlanması barədə qərar qəbul edib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri Mazen Farayya Ammanda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dövlətə qarşı cinayətkar sui-qəsddən sonra DİN qruplaşmanı qanunsuz elan edib.
Nazir vurğulayıb ki, qruplaşmanın üzvləri ölkədə vəziyyətin destabilizasiyasına yönəlmiş gizli fəaliyyətlə məşğul olublar.