Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şamaxıda qəbiristanlıqda amansızlıqla öldürülən qadının DÖRD ÖVLADI VAR İMİŞ
Şamaxıda Vüsal Hidayətovun həyat yoldaşı Sevda Hidayətovanı "Yeddi Günbəz" qəbiristanlığında qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, V.Hidayətov həyat yoldaşını yaşadıqları evdən özü ilə qəbiristanlığa aparıb. O, qəbiristanlıqda qohumlarının (Vüsal Hidayətov öz qohumlarının-red.) məzarları olan əraziyə aparıb və orada kəsici alətlə ona çoxsaylı zərbələr vurub.
Cütlük dörd övlad sahibi imiş.
Şamaxıda 39 yaşlı Vüsal Hidayətov həyat yoldaşı, 29 yaşlı Sevda Hidayətovanı "Yeddi Günbəz" qəbiristanlığında kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda qətl hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər qəbiristanlığında qeydə alınıb.
Rayon sakini, 39 yaşlı Vüsal Hidayətov həyat yoldaşı, 29 yaşlı Sevda Hidayətovanı qəbiristanlığa apararaq orada öldürüb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən V.Hidayətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Əslində, Elgünü nə, necə öldürüb?
- Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ: "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"
- Moskvada türkürpərdici cinayət: Kişi tanışını hissələrə doğradı
- Xırdalanda dəhşətli qətli törətməkdə şübhəli bilinən şəxs SAXLANILDI
- Universitet yataqxanasında tapılan Elgünün ailəsi intihar xəbərlərindən DANIŞDI