Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bu gün Naxçıvanın bəzi yerlərində su olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.
Oxu.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, Qoçüstü məhəlləsi, B.Abbasov küçəsi, Çənlibel məhəlləsi, Tumbul kəndi və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar