"Bakıda keçiriləcək UFC-də döyüşmək böyük məsuliyyətdir. Mən sevinirəm ki, üç azərbaycanlı döyüşçü həmin gecədə yer alıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın MMA (qarışıq döyüş növləri) döyüşçüsü Nazim Sadıxov mətbuat konfransında deyib.
N.Sadıxov bildirib ki, azərbaycanlı gənclər məşq etsinlər, bundan usanmasınlar, ancaq inkişaf barədə düşünsünlər.
Qeyd edək ki, Nazim Sadıxov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub edərək 10-cu qələbəsini qazanıb.
Nazim Sadıxov iyunun 21-də "Baku Crystall Hall"da təşkil olunacaq döyüşdə Nikolas Motta ilə qarşılaşacaq.
Təhməz Əsədov