Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

15 ildən sonra İLK - Tramp Laçını ziyarət edən pakistanlını şama dəvət etdi
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evin kabinetinin iclas zalında Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirlə təkbətək şam edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Samaa.tv məlumat verib.
Görüşün gündəliyi açıqlanmayıb, lakin rəsmilər bildiriblər ki, görüşdə regional təhlükəsizlik, terrorla mübarizə və ikitərəfli münasibətləri müzakirə edəcəklər.
ABŞ prezidentinin bu gün üçün cədvəlində saat 13:00-da "Pakistan İslam Respublikasının Baş Qərargah rəisi ilə şəxsi şam yeməyi" qeyd olunub.
Son 15 ildə bu səviyyədə ilk görüş məhz Hindistan və Pakistan arasında son qarşıdurma, eləcə də İsrailin İrana zərbə endirməsindən sonra baş tutacaq.
Xatırladaq ki, bu il mayın 28-də feldmarşal Asim Munir Laçına səfər edib və burada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb.
"Laçın" teqi üzrə xəbərlər
- Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
- Azərbaycanda təhsil alan tələbə qızların faiz nisbəti açıqlanıb
- Bahar Muradova: "Qadının iqtisadi azadlığı olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
- Əminə Məhəmməd: "Cəmiyyətdə müsbət dəyişikliklər üçün qadınların təhsilə cəlb edilməsi lazımdır"
- İqtisadi Əməkdaşlıq Təşkilatı qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb