Bakı 2015 Avropa Oyunları Oyunlara 200 gün qalmasını qeyd etmək məqsədilə bu gün Qız Qalasında keçiriləcək möhtəşəm işıq şousu təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.
Məlumata görə, Qız Qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan “200 gün qaldı” tədbiri çərşənbə günü, noyabrın 26-sı baş tutacaq.
Qeyd edək ki, bu gün saat 16.45 radələrində Qız Qalasında intihar hadisəsi baş verib.
Orta yaşlı kişi özünü Qız Qalasından ataraq intihar edib. Onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Elvin Əhmədov
www.oxu.az