Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu il insan alverinin təbliğatına görə 124 "Telegram", "Instagram" və "TikTok" hesabı bağlanıb
"2025-ci ildə insan alveri ilə məşğul olan 124 sosial şəbəkə hesabı bağlanıb".
Oxu.Az xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib.
O bildirib ki, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başladılıb:
"Eyni zamanda, ötən il insan alverinin təbliğatı ilə məşğul olan 156, cari ilin geridə qalan vaxtında isə 124 "Telegram", "Instagram" və "TikTok" hesabı bağlanıb".
Qeyd edək ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub.
Məhərrəm Əliyev
"İnsan alveri" teqi üzrə xəbərlər
- İnsan alverində ittiham olunan qadına CƏZA verildi
- Dövlət komitəsinin rəsmisi: "Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilərlər"
- P.Diddi həbsxanada olarkən nə qədər qazanıb?
- Castin Biber P.Diddi ilə münasibətləri haqqında həqiqəti üzə çıxardı
- Deputatdan təklif: "Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır"