2026-cı ilin ilk doqquz ayında 83 991 Azərbaycan vətəndaşı əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiyaya gedib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi statistik məlumatlarda qeyd olunub.
Statistikaya əsasən, Rusiyaya işləmək məqsədilə gələn xarici vətəndaşların sayına görə Azərbaycan siyahıda yeddinci yerdə qərarlaşıb.
Rusiyaya ən çox əmək miqrantı Özbəkistandan gəlib - 1 535 026 nəfər. Sonrakı yerlərdə Tacikistan (665 892), Qırğızıstan (289 061), Qazaxıstan (176 037) və Çin (127 176) qərarlaşıb.
Bundan əlavə, hesabat dövründə Ermənistandan 111 235, Hindistandan 38 816, Türkmənistandan 19 038 və Türkiyədən 12 873 nəfər işləmək məqsədilə Rusiyaya gedib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Rusiyaya işləmək məqsədilə 1 771 406 Özbəkistan vətəndaşı gedib. Bu, 2026-cı ilin eyni dövrü ilə müqayisədə 236 380 nəfər çoxdur.