UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin VI turunda İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, noyabrın 15-də Madriddəki "Sivitas Metropolitano" stadionunda keçirilən A Liqasının III qrupunun mərkəzi qarşılaşması qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.
Görüşü fransalı hakim Kleman Türpenin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
45-ci dəqiqədə hesabı İngiltərə millisinin kapitanı Harri Keyn açıb. 53-cü dəqiqədə müdafiəçi Ezri Konsa Deklan Raysın ötürməsindən sonra fərqlənib. 57-ci dəqiqədə isə Ben Uayt Cud Bellinqemin ötürməsini qola çevirərək İspaniya millisinin qapısından üçüncü topu keçirib.
63-cü dəqiqədə İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Anderson kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Say üstünlüyü qazanan İspaniya millisi 65-ci dəqiqədə Mikel Oyarzabalın qolu ilə fərqi azaldıb. 75-ci dəqiqədə isə Niko Uilyams Lamin Yamalın ötürməsindən sonra fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:3.
Beləliklə, İngiltərə millisi qrup mərhələsini 15 xalla birinci pillədə başa vurub. Eyni xala malik İspaniya yığması isə top fərqinə görə ikinci yerdə qərarlaşıb.