UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İtaliya millisi Belçikanın qonağı olub.
Oxu.Az xəbər verir ki, A Liqasında keçirilən qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı İtaliya millisi açsa da, belçikalılar ardıcıl dörd qol vuraraq inamlı qələbə qazanıblar.
11-ci dəqiqədə Françesko Pio Espozito İtaliya millisini hesabda önə çıxarıb. Lakin 15-ci dəqiqədə Maksim De Köyper tarazlığı bərpa edib. Ardınca 22-ci dəqiqədə Natan Nqoy, 26-cı dəqiqədə Jeremi Doku və 80-ci dəqiqədə Dieqo Moreyra fərqlənərək Belçikaya böyükhesablı qələbə qazandırıblar.
Qrup mərhələsinin yekunlarına əsasən, Belçika millisi 12 xalla A Liqasının I qrupunda ikinci yeri tutaraq turnirin 1/4 finalına vəsiqə qazanıb. İtaliya yığması isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasının 1/4 final qarşılaşmaları 2027-ci ilin martında keçiriləcək.
Günün digər nəticələrini təqdim edirik:
UEFA Millətlər Liqası
A Liqası
I qrup:
III qrup:
Xorvatiya - Çexiya - 2:1;
C Liqası
I qrup:
Belarus - Albaniya - 0:2;
Finlandiya - San-Marino - 7:2.
II qrup:
Kipr - Monteneqro - 1:4;
Latviya - Ermənistan - 0:0.