Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu il neçə əmək qanunvericiliyi tələblərinin pozulması faktı aşkarlanıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin doqquz ayında işəgötürənlər tərəfindən 2 128 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DƏMX-dən məlumat verilib.
Bildirilib ki, xidmət aşkarlanan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görüb:
"Xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox işçilərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işçilərin icbari sığorta edilməməsi və əməyin mühafizəsi qaydalarının pozulması və s. ilə bağlı olub. Qeyd olunan hüquq pozuntularının hamısının aradan qaldırılması təmin edilib".
"Dövlət Əmək Müfəttişliyi Xidməti" teqi üzrə xəbərlər
- Soyuq və küləkli havada hansı hallarda İŞİN DAYANDIRILMASI qərarı verilə bilər?
- Bakıda iri ticarət mərkəzi CƏRİMƏLƏNDİ
- Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib
- Altı nəfəri qanunsuz işlədən şirkət 24 min manat cərimələndi
- Əməkdaşı Ağadadaş Ağayevlə məhkəmə çəkişməsində olan mühafizə xidməti cərimələndi
Rəylər