Bakının Biləcəri qəsəbəsində sürücülər yolda avtomobillərini hərəkətin əks istiqamətinə çıxararaq hərəkət edirlər.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, Zəfər küçəsindən Bakı-Sumqayıt yoluna çıxan sürücülər yol-hərəkət nişanlarının tələbinə məhəl qoymadan əks istiqamətə çıxaraq hərəkət edirlər.
Şikayətçi iddia edir nəticədə sözügedən ərazidə tez-tez qəzalar baş verir.
Həmin görüntüləri təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12