Bu il qış fəslinin kəskin keçmə ehtimalı var. Bununla bağlı hər il paytaxt küçələrində yaşayan evsizlər, kimsəsiz insanlar üçün sığınacaqlar, çadırlar quraşdırılırdı. Bu il hər hansı tədbirlər görüləcəkmi?
Bu barədə Oxu.Az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı cavab verib.
O bildirib ki, nazirliyin nəzdində evsizlər, küçədə yatan insanlar üçün xüsusi sığınacaqlar açılıb:
“Kimsəsiz və baxımsız şəxslərin çadırlarda yerləşdirilməsi praktikası artıq keçmişdə qalıb. Bu gün nazirliyin müasir tələblərə uyğun sosial sığınacağı fəaliyyət göstərir. Qarşıdakı qış mövsümündə də hər hansı şəxsin sığınacağa ehtiyacı olarsa, onun həmin müəssisədə yerləşdirilməsi təmin olunacaq”.
Nazirlik nümayəndəsinin sözlərinə görə, vətəndaşların sayı baxımdan bu sahədə heç bir problem özünü göstərməyəcək.
Könül Cəfərli
www.oxu.az
Rəylər