Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bu şəxslər üçün cərimə məbləği iki dəfə azaldıla bilər
Əməyin mühafizəsi qaydalarının pozulmasına görə müəyyən olunmuş inzibati məsuliyyət yumşaldılır.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə dəyişiklik təklif edilir.
Məcəllənin hazırkı variantına əsasən, əməyin mühafizəsinin pozulmasına görə min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Dəyişiklik layihəsində isə bu məbləğin azaldılması nəzərdə tutulur.
Bildirilir ki, müvafiq sahədə inzibati hüquqpozmaya görə 500 manatdan 1000 manatadək cərimə tətbiq edilməlidir.
Qanun layihəsi Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI
- Sahibə Qafarova: "COP29-un iqlim dəyişmələri probleminə verdiyi töhfələr hələ çox danışılacaq"
- Əli Əsədov Milli Məclisə gəldi: 2025-ci ilin büdcəsi müzakirə olunacaq
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
Rəylər