Rusiyada qadın küçədə tapdığı 267 400 rubl (7326 manat) pulu polisə təhvil verib.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, pul mebel salonunun işçilərinin məvacibi imiş.
Salonun direktoru pulları banka apararkən yolda itirib: onlar cırılmış paketdən düşüb. O, pulun tapılacağına ümidini itirərək, polisə də müraciət etməyib.