Binəqədi rayonu 8 mikrorayon kimi tanınan ərazidə yaşayan vətəndaşlar çətin duruma düşüblər.
Sakinlər Oxu.Az-a bildiriblər ki, onlar bu qışın soyuq vaxtında qazsız qalıblar.
Belə ki, ərazidə yaşayan sakinlər nə su isidə, nə də ki yemək bişirə bilirlər.
Məsələ ilə bağlı “Azəriqaz” QSC-dən Oxu.Az-a qaz təminatında olan problemin dünən ərazidə avtomobil qəzası baş verməsi ilə əlaqədar olduğunu göstəriblər.
Məlumatda qeyd olunur ki, qəza nəticəsində qaz borularının biri zədələnib.
“Dünəndən etibarən orda işlər aparılıb. Yaxın zamanlarda qaz verilməsi bərpa olunacaq”.