Dünən saat 17 radələrində Bakı bulvarında özünü dənizə ataraq intihar edən şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, Dənizkənarı Milli Parkın sahilində özünü suya ataraq intihar edən şəxsin 1994-cü il təvəllüdlü Cəfərov Vüsal Əvəz oğlu olması müəyyən edilib.
Hadisə şahidləri ona kömək etməyə çalışsa da, sudan çıxara bilməyiblər. 23 yaşlı oğlanın cəsədini FHN-in xilasediciləri sudan çıxarıb.
1 iyun (19:10)
Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Z.Q.
www.oxu.az