Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir nəfər ruhi xəstə kişi özünü dənizə atması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.