Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb.
Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az