Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cari ildə əlilliyin qiymətləndirilməsi məqsədilə tibb müəssisələrində neçə göndəriş rəsmiləşdirilib?
"Bu il əlilliyin qiymətləndirilməsi məqsədilə tibb müəssisələri 61 min 260 nəfərə göndərişi rəsmiləşdirib".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi mətbuat konfransımda deyib.
İcraçı direktor qeyd edib ki, həmin göndərişlər Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib.
V.Qurbanovun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə TƏBİB arasında Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarının inzibati əraziləri üzrə ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların tibbi müayinəsinə dair pilot layihəyə başlanılıb.
O bildirib ki, "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na əsasən, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən, göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb.
Aygün Mirakif
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı
- Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı