Azərbaycanın ilk beynəlxalq televiziya kanalı olan CBC-nin (Caspian Broadcasting Company) yarandığı gündür.
Oxu.Az xəbər verir ki, bu gün telekanalın 13 yaşı tamam olur - CBC TV 2013-cü il aprelin 10-da peyk vasitəsilə yayıma başlayıb.
Rus dilində 24 saat fasiləsiz yayımlanan televiziya kanalı ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə tamaşaçılara çatdırır.
Telekanaldan əlavə, 2021-ci ilin mayından etibarən Azərbaycanın Qarabağ bölgəsində ilk regional radiokanalı olan CBC FM Azərbaycan, rus və erməni dillərində fəaliyyət göstərir.
Oxu.Az kollektivi CBC TV-də çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.