Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

CBC telekanalının 12 yaşı tamam olur
Azərbaycanın ilk beynəlxalq televiziya kanalı olan CBC (Caspian Broadcasting Company) telekanalının yarandığı gündür.
Oxu.Az xəbər verir ki, telekanalın 12 yaşı tamam olur.
CBC 2013-cü il aprelin 10-da peyk vasitəsilə yayıma başlayıb.
Rus dilində 24 saat fasiləsiz yayımlanan televiziya kanalı ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə tamaşaçılara çatdırır.
Telekanaldan əlavə, 2021-ci ilin mayından etibarən Azərbaycanın Qarabağ bölgəsində ilk regional radio kanalı olan CBC FM Azərbaycan, rus və erməni dillərində fəaliyyət göstərir.
Oxu.Az kollektivi CBC TV-də çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.