Türkiyənin Muğla şəhərinin Fethiye rayonunda körfəzdə yanğın baş verib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, yanğın zamanı bir motorlu yaxta və 3 qayıq alovlanıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri görülüb və işlər davam etdirilir.
Yanğının yayılmasının qarşısını almaq üçün digər qayıqlar və motorlu yaxtalar ərazidən uzaqlaşdırılıb.