“Səkkizinci nəsil” adlı gənclər təşkilatının fəalı - çeçen İlyas Adamov Məkkəyə Həccə velosipedlə yola düşüb.
Oxu.Az islam-today.ru-ya istinadən xəbər verir ki, müqəddəs torpağa müsəlman çoxdan getmək istəyib, amma lazımi məbləği yığa bilməyib. O zaman onun ağlına Məkkəyə velosiped ilə getmək gəlir.
O, uzun müddət Google-xəritədə marşrut seçir, psixoloji və fiziki hazırlaşır. Bir həftə öncə İlyas Adamov Qroznıdan çıxaraq piyada Mahaçqalaya yola düşüb. Dağıstan paytaxtına yol 2 gün çəkib.
Orada velosiped alaraq Dərbəndə gedib. İndi zəvvar Azərbaycanın İran ilə sərhəddə olan Biləsuvar şəhərinə çatıb.
“Hava çox istidir - +45 dərəcə, üstəlik oruc tuturam, - Adamov danışıb. Amma bu, məni qorxutmur və saxlaya bilməz, - o qeyd edib. – Mən qarşıma məqsəd qoymuşam və Allahın rizası ilə ona çatacam”.