Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub.
APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib.
O, hospitala aparılırkən yolda dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
N.Həmidov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, bu gün Azərbaycan ordusunun bir əsgəri də yaralanıb.
Belə ki, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb. Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.
V.Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
www.apa.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin