Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub.
Aləmdə Nəsib
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) əməkdaşları maaşlarının verilməməsindən şikayətçidirlər.
Onlar Oxu.Az-a müraciətlərində bildiriblər ki, hələ də ötən ayın əməkhaqqı ödənilməyib. Qeyd edilib ki, bu, indiyədək müşahidə olunmayan haldır.
İşçilərin sözlərinə görə, maaşların gecikməsi xəstəxananın sabiq direktorunun vəzifədən uzaqlaşdırılmasından sonra aparılan maliyyə yoxlamaları ilə əlaqələndirilir.
Qeyd edək ki, analoji hal digər tibb müəssisələrində də müşahidə olunub. Belə ki, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşları da ötən ayın maaşını ala bilməyiblər.
Qeyd olunan hallarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.