“Son dövrlər cəzaların humanistləşdirilməsi üçün alternativ cəzalar verilir. Burada əsasən cərimə cəzaları və azadlıqdan məhrum etməməklə bağlı cəzalar verilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, cərimə cəzası verilən şəxslərin maddi durumu nəzərə alınır.
Könül Cəfərli