Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cərrah Elşad Rzayev mədəkiçiltmə əməliyyatının müsbət və mənfi tərəflərindən danışdı
Artıq çəkidən azad olmağın yollarından biri də mədəkiçiltmə əməliyyatıdır.
Dünyada geniş yayılan bu üsul son illər Azərbaycanda da tətbiq olunur.
Ölkəmizdə mədəkiçiltmə əməliyyatına üstünlük verənlərin sayı sürətlə artır. Sosial mediada paylaşılan "öncə və sonra" foto və videoları isə bu tendensiyanı daha da gücləndirir.
Bu əməliyyatlar insanların həyatını necə dəyişir? Mədəkiçiltmə əməliyyatının müsbət və mənfi tərəfləri nələrdir?
Cərrah Elşad Rzayev bildirib ki, bu əməliyyatın həyata keçirilməsi üçün bir şəxsin ən azı 30 kiloqram artıq çəkisi olmalıdır.
Onun sözlərinə görə, hazırda artıq çəkini dərmanla müalicəsi etmək mümkün deyil:
"Bu səbəbdən ən effektiv müalicə üsulu cərrahi əməliyyatdır. Bu əməliyyat qapalı şəkildə icra olunur və təxminən yarım saat çəkir".
Həkimlər və psixoloqlar xəbərdarlıq edirlər ki, insan özünü olduğu kimi qəbul etməyi öyrənməlidir. Çünki bədən dəyişsə də, güzgüdə gördüyümüz insana münasibət çox vaxt ruhumuzdan başlayır. Əməliyyat qərarı isə ciddi və sağlam düşüncə ilə verilməlidir.
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Fərman Kərimzadə və Hafiz Baxış bizim şəhid ziyalılarımızdır"
- Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin həyat yoldaşı DANIŞDI
- Həlak olan ər və hamilə arvadı ayrı yerlərdə dəfn edildilər - Cütlüyün öldüyü qəzanın DETALLARI
- Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu
- Ukraynanın ardınca Arktika savaşı başlayacaq? - Xəbərlərin 20:00 buraxılışı