Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Bavariya" çempionluğun bir addımlığında
Almaniya Bundesliqasının 31-ci turunda Münhendəki "Alyans Arena"da yerli "Bavariya" "Maynz"ı 3:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, meydan sahiblərinin qollarını Leroy Sane, Maykl Olişe və Erik Dayer vurublar.
Hazırda Vinsent Kompaninin komandası 75 xala malikdir və Bundesliqada ən yaxın izləyicisi "Bayer"i 8 xal qabaqlayaraq inamla liderliyini davam etdirir.
Beləliklə, növbəti mərhələdə "Leypsiq" üzərində qələbə qazanacağı təqdirdə, münhenlilər "Bayer"in iştirak etdiyi matçın nəticəsindən asılı olmayaraq, tarixində 34-cü dəfə Almaniya çempionu olacaqlar. Leverkuzen klubunun hər hansı xal itkisi halında da "Bavariya" arzusuna çatacaq.
"Bavariya FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən klublar bəlli oldu
- Braziliya millisinin sabiq müdafiəçisi bədbəxt hadisədən sonra xəstəxanaya yerləşdirilib
- "Bayer Leverkuzen" Florian Virts üçün təklif olunan məbləği qəbul etmədi
- Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- Saşa Boe sabiq komandası ilə danışıqlara başladı