Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ceyhun Kərəmov: "Yeni tədris ilindən doqquz peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir"
"Yeni tədris ilindən doqquz peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir".
Oxu.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, bunlar Dəmir yolu və metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM), Emal sənayesi üzrə BDPTM, Texnika və texnologiyalar üzrə BDPTM, Turizm və sosial xidmətlər üzrə BDPTM, Sənaye və innovasiyalar üzrə BDPTM, Rabitə və informasiya texnologiyaları üzrə BDPTM, Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM, İctimai iaşə və xidmət üzrə BDPTM, Aviasiya və avtomobil nəqliyyatı üzrə BDPTM-dir.
Almaz Qasımova
"Bakı" teqi üzrə xəbərlər
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ